KİV: Ukraynanın Rusiyaya zərbələri NATO-da birmənalı qarşılanmayıb


Ukraynanın Rusiya ərazisinə zərbələri NATO müttəfiqləri olan ABŞ, Böyük Britaniya və Fransanı iki düşərgəyə parçalayıb.


Britaniyanın "The Telegraph" qəzeti yazır ki, Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri ölkələr arasında münasibətlərdə nifaq yaradıb, çünki Vaşinqton bu cür hücumları dəstəkləmir, London və Paris isə münaqişəni gərginləşdirməyə çalışır.

"Böyük Britaniya və ABŞ arasında xüsusi münasibətlər Ukrayna ilə bağlı strategiya səbəbindən "əziyyət çəkir", - deyə nəşrin materialında bildirilir. Müəllifin fikrincə, Amerika tərəfi gərginliyin artmasına maraq göstərmədiyi halda, Britaniya tərəfi Kiyevi dəstəkləməkdə kifayət qədər aqressivdir.

ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan bildirib ki, Fransa Xarici legionun əsas bölmələrindən birinin 100-ə yaxın əsgər və zabitini Ukrayna ərazisinə köçürmək barədə rəsmi qərar qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu