ABŞ həyat üçün təhlükə yaradan isti hava dalğası barədə xəbərdarlıq etdi


Sinoptiklər ABŞ-da yaxın günlərdə həyat üçün təhlükəli istilərin artacağını proqnozlaşdırıblar.


Hazırda ölkənin cənub-qərb hissəsində temperatur rekordları qırır. Bu barədə Reuters xəbər verib.

Uzun müddət davam edən isti hava Kaliforniyadan Cənubi Floridaya qədər olan ərazini əhatə edib. Ərazidə 100 milyona yaxın insan yaşayır və onlara qarşıdan gələn təhlükəli temperaturlar barədə xəbərdarlıq edilib. Milli Meteoroloji Xidmət isti dalğasının gələn həftəsonu güclənəcəyini gözləyir.

Milli Meteoroloji Xidmətin Feniks meteoroloqu Tom Friders xəbərdarlıq edib ki, "isti dalğası bu həftə sonu Kaliforniya, Nevada, Arizona və Qərbi Texasa qədər yayılacaq və dalğanın pik nöqtəsi cümə günündən bazar ertəsi gününə qədər olacaq".

Arizona ştatının ən böyük şəhəri Feniksdə havanın temperaturu 13 gün ardıcıl olaraq 43 dərəcədən aşağı düşməyib. Hava proqnozlarına görə, gələn həftə həddindən artıq istilərin müddəti 1974-cü ilin rekordunu qıracaq. Qeyd edək ki, o zaman belə havanın müddəti ardıcıl 18 gün davam edib.

Bundan başqa, Las-Veqasda iyulun 12-də çərşənbə günü havanın temperaturu maksimum 42 dərəcəyə çatıb, bazar günü isə bu göstəricinin rekord həddə - 47 dərəcəyə yüksələcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu