Fransa və İspaniya anomal istilərə hazırlaşırlar
Fransa və İspaniyada həftə ərzində isti hava şəraiti, bəzi yerlərdə temperaturun 40 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Bu barədə Fransanın BFMTV və İspaniyanın “El Pais” telekanalı məlumat yayıblar.
Kontinental Fransa ərazisində çərşənbə günündən istilərin olacağı gözlənilir. Ölkənin cənub bölgəsində termometr göstəriciləri 30°C ilə 40°C arasında dəyişəcək, ən yüksək temperaturun cənub-qərbdə olacağı gözlənilir. Mütəxəssislərin fikrincə, bunu müşahidələr boyu mövsümün ən erkən “isti dalğası” adlandırmaq olar. Fransada iyun ayında anomal istilər müşahidə olunurdu, lakin bu, ayın sonuna təsadüf edirdi.
İyunun 14-dən etibarən İspaniyanı da isti hava dalğası bürüyəcək. İsti havaların yaratdığı risklərlə əlaqədar 26 milyondan çox insanın yaşadığı 17 rayonda xəbərdarlıq edilib.
Artıq bazar ertəsi Kordova və ölkənin cənubundakı qonşu şəhərlərdə termometr 43°C-yə qədər yüksəlib.
Dövlət Meteorologiya Agentliyinin sözçüsü Ruben del Kamponun sözlərinə görə, bu, təkcə bilinən ən erkən istilik dalğası deyil, həm də son 20 ildə ilin bu vaxtı üçün ən güclü dalğadır.
Mənbə: Yevropeyskaya pravda