Polşanın müdafiə naziri "Patriot" raketlərinin istehsalı ideyasını dəstəkləyib


Ukraynanın ABŞ lisenziyası ilə "Patriot" Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün raket istehsalı təhlükəsizlik mülahizələrinə görə Polşada yerləşdirilə bilər.

AFN.az xəbər verir ki, bu barədə "RMF FM" radiosunun efirində Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

Müdafiə idarəsinin rəhbəri qeyd edib ki, müharibə gedən ərazidə bu cür istehsalatın qurulması mümkünsüzdür və Polşa bu layihəni Ukrayna ilə birgə öz ərazisində həyata keçirməyə hazırdır. Analoji təklif artıq Polşa Müdafiə Nazirliyinin rəhbər müavini Maqdalena Sobkovyak-Çarneçka tərəfindən amerikalı tərəfdaşlara təqdim olunub.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Kiyevə "Patriot" raketlərinin istehsalı üçün lisenziya verəcəyini bəyan etmişdi. "Bloomberg" agentliyi vurğulamışdı ki, bu istehsal prosesinin qurulması uzun vaxt aparacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu