"Reuters": İran Hörmüz boğazının birgə idarə olunması planını rədd edib


İran Omanın Hörmüz boğazında gəmiçiliyin normallaşdırılması ilə bağlı təklif etdiyi birgə idarəetmə planından imtina edib.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Omanın Körfəz ölkələri tərəfindən dəstəklənən planı Malakka boğazı modelinə əsaslanırdı və gəmi sahiblərinin könüllü ödənişləri hesabına boğazın iki dövlət tərəfindən birgə idarə olunmasını nəzərdə tuturdu. Lakin Tehran nəzarətin bərabər bölüşdürülməsi ilə razılaşmayıb.

ABŞ isə boğazdan tranzit üçün hər hansı rüsum və ödənişlərin alınmasının əleyhinədir. Vaşinqtonun münaqişənin tənzimlənməsi üçün təklif etdiyi variantlarda tranzit haqqının yığılması imkanı istisna edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu