Quterreş: Geopolitik vəziyyət Kipr probleminin sürətli həllini tələb edir


BMT-nin Baş katibi Antonio Quterreş Niderlandda Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis ilə görüşündə regionda yaranmış geopolitik vəziyyətin Kipr probleminin tezliklə həll olunmasını tələb etdiyini bildirib.

AFN.az xəbər verir ki, bu barədə Kipr İnformasiya Agentliyi məlumat yayıb.

"Kipr probleminin həlli vacibdirsə, bu, məhz indi — regiondakı xaos fonundadır. Əks halda, müəyyən geopolitik dəyişikliklər adanı gözlənilmədən arzuolunmaz hadisələrin mərkəzinə gətirə bilər", — deyə BMT rəhbəri vurğulayıb.

Qurumun Baş katibi səfərinin həmrəylik məqsədi daşıdığını və adadakı hər iki icmanın sülh axtarışlarını dəstəkləməyə yönəldiyini bildirib. O əlavə edib ki, Kiprdəki tənzimlənmə təkcə adaya deyil, bütün regionda gərginliyin azalmasına töhfə verəcək.

Xristodulidis ilə görüşdən sonra Guterreş Kipr probleminin perspektivlərini müzakirə etmək üçün Nikosiyanın şimal hissəsinə keçərək kıbrıs türk icmasının lideri Tufan Ərhürman ilə görüşüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu