“Toplum TV” işi üzrə hökm oxundu: 12 ildən 15 ilə kimi
“Toplum TV” işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında kollegiya yekunda belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır.
Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və Əli Zeynalov 14 il, Müşfiq Cabbarov, İlkin Əmrahov və Ramil Babayev 13 il, Fərid İsmayılov və Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Həmçinin təqsirləndirilən Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərinin leqallaşdırılması – mütəşəkkil dəstə halında törədildikdə), 213.2.1 (vergidən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi) maddələri ilə ittiham edilirdilər.

