Belçikada isti havaya görə Avropada ən yüksək artıq ölüm göstəricisi qeydə alınıb
Belçikada iyunun sonundakı isti hava dalğası zamanı Avropada ən yüksək artıq ölüm göstəricisinin qeydə alındığı bildirilib.
AFN.az xəbər verir ki, Avropa Ölüm Monitorinq Şəbəkəsinin (EuroMOMO) aktual məlumatları Belçikada iyunun sonundakı isti hava dalğası zamanı 48 faizlə Avropada ən yüksək artıq ölüm göstəricisinin qeydə alındığını ortaya qoyub.
Bu göstərici qonşu ölkələr Fransada 23 faiz, Niderlandda isə 13 faiz hesablanıb.
Həddindən artıq isti havadan sosial-iqtisadi baxımdan daha əlverişsiz bölgələrdə yaşayanlar daha çox təsirlənib.
Belçikanın daha sıx şəhərləşmiş strukturunun sərinləmə imkanlarını məhdudlaşdırdığı və yüksək temperaturun təsirini artırdığı qiymətləndirilib.
Belçika Xalq Sağlamlığı İnstitutu (Sciensano) iyun ayındakı isti hava dalğası və iyul ayının ilk günlərində təxminən 2 min əlavə ölüm qeydə alındığını, bunun 48 faizlik artıq ölüm göstəricisinə uyğun gəldiyini açıqlamışdı.

