Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu


Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.

“Səhhəti yenidən ağırlaşdı. Süni tənəffüs aparatına qoşulub. 2-3 gündür, vəziyyətində yaxşılaşma yoxdur. Bununla belə, geriləmə də müşahidə edilmir. Hazırda vəziyyəti stabildir” , - deyə o bildirib.

Qeyd edək ki, 95 yaşlı Nəriman Həsənzadə bir müddətdir ki, xəstəxanada müalicə alır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu