Bəhreyndə əhaliyə təhlükəsiz ərazilərə keçmək çağırışı edildi
Bəhreyndə həyəcan siqnallarının çalınmasından sonra vətəndaşlardan və ölkədə məskunlaşanlardan təmkinli olmaları və ən yaxın təhlükəsiz əraziyə keçmələri istənilib.
AFN.az xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin "X" sosial media platformasındakı hesabından verilən açıqlamada ölkədə həyəcan siqnallarının işə düşdüyü bildirilib.
Nazirlik tərəfindən verilən xəbərdarlıqda əhalidən sakitliyi qorumaq və ən yaxın təhlükəsiz zonaya yollanmaq xahiş olunub.
Kuveyt və Bəhreyn başda olmaqla Körfəzdəki bəzi ərəb ölkələri günlərdir hava hücumundan müdafiə sistemlərinin İran mənşəli hava hücumlarının qarşısını aldığına dair bəyanatlar verirlər.
