ABŞ ordusu İrana qarşı 13-cü hücum dalğasını tamamladığını bəyan edib



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı 13-cü hücum dalğasını başa çatdırdığını elan edib.

AFN.az xəbər verir ki, bu barədə bəyanat CENTCOM-un "X" platformasındakı hesabında yayılıb.

Açıqlamada 13-cü hücum dalğasının Bakı vaxtı ilə saat 05:00-da uğurla tamamlandığı bildirilərək, İranın komandanlıq mərkəzləri, pilotsuz uçuş aparatı anbarları, rabitə şəbəkələri, sahil müşahidə məntəqələri və dənizçilik imkanlarının hədəf alındığı diqqətə çatdırılıb.

Zərbələrin məqsədinin İranın Hörmüz boğazındakı ticarət gəmilərinə və mülki dənizçilərə yönəlik təhdidini azaltmaq olduğuna işarə edilən bəyanatda "İslam İnqilabı Keşikçiləri Korpusunun son dövrdəki hücumlarına baxmayaraq, beynəlxalq su yolu (Hörmüz) açıqdır. ABŞ ordusunun dəstəyi ilə ticarət gəmiləri boğazda sərbəst hərəkət edə bilirlər" ifadələri işlədilib.

Açıqlamada, həmçinin hazırda Yaxın Şərqdə 50 min ABŞ hərbçisinin xidmət apardığı barədə məlumat paylaşılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu