ABŞ ordusu İrana qarşı 12-ci hücum dalğasını elan etdi



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı başlatdıqları ardıcıl hücum dalğalarının 12-cisini tamamladıqlarını açıqlayıb.

AFN.az xəbər verir ki, CENTCOM-un yaydığı yazılı bəyanatda "CENTCOM saat 22:30-da (Bakı vaxtı ilə 06:30) İrana qarşı başlatdığı hücumların ardıcıl 12-ci gecəsini yekunlaşdırmışdır" sözlərinə yer verilib.

Hücumlar zamanı İranın dənizçilik imkanları, raket və PUA anbarı obyektləri, sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə vasitələri kimi hərbi hədəflərin vurulduğu bildirilən bəyanatda əməliyyatların İranın mülki dənizçilərə və ticarət gəmilərinə hücum etmək potensialını zəiflətdiyi iddia olunub.

Hörmüz boğazında ABŞ-ın mühasirəsinin də davam etdiyi vurğulanan bəyanatda "Bu günə olan məlumata əsasən CENTCOM gəmilərin İran limanlarından çıxmasının və ya bura daxil olmasının qarşısını almaq məqsədilə 9 ticarət gəmisini geri qaytarıb, 1 gəmini isə sıradan çıxarıb" ifadəsi işlədilib.

Açıqlamada həmçinin 50 mindən çox ABŞ hərbçisinin Yaxın Şərqdə xidmət apardığı diqqətə çatdırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu