Marko Rubio: İran üçün zərər hər gün artacaq


ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, İlan Birləşmiş Ştatlarla saziş bağlamağa razılaşana qədər İslam Respublikasına dəyən zərər hər gün daha da artacaq.

AFN.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

"Hələlik elə görünür ki, onlar (iranlılar) sazişə hazır deyillər. Buna görə də onlar bunun əvəzini ödəməyə davam edəcəklər və hər gecə bu bədəl daha da yüksəlir. Bəlkə də bir neçə gündən sonra onlar sazişə getməyə hazır olacaqlar", — deyə dövlət katibi Manilada ASEAN çərçivəsində keçirilən nazirlər səviyyəsindəki tədbirlər zamanı mətbuat konfransında bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu