Rusiya Odessa limanına hücum etdi
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi məqsədlərlə istifadə olunan Odessa limanına hücum təşkil etdiklərini bildirib.
AFN.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Rusiya ordusunun Ukraynaya qarşı əməliyyatları ilə bağlı məlumat verilib.
Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Odessa limanına zərbələr endirdiyi ifadə olunan açıqlamada limanda hərbi yüklərin daşınması və saxlanılması üçün istifadə edilən infrastruktura aid obyektlərin vurulduğu qeyd edilib.
Bəyanatda həmçinin Odessa şəhərində pilotsuz uçuş aparatları (PUA) üçün hissələr istehsal olunan emalatxananın və PUA anbarının hədəf alındığı, hücumun yüksək dəqiqlikli silahlar və PUA-lar vasitəsilə həyata keçirildiyi vurğulanıb.




