Rusiyada qırıcı təyyarə təlim zamanı qəzaya uğradı
Rusiya Müdafiə Nazirliyi qırıcı təyyarənin təlim zamanı Moskva vilayətində qəzaya uğradığını bildirib.
AFN.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.
Qırıcı təyyarənin təlim zamanı Moskva vilayətində düşdüyü qeyd olunan bəyanatda "Pilot katapultasiya sistemindən istifadə edərək xilas olub. Pilotun həyatı üçün təhlükə yoxdur. Təyyarə kimsəsiz bir əraziyə düşüb. Quru sahədə hər hansı dağıntı baş verməyib" ifadələrinə yer verilib.
Təyyarənin sursatsız uçuş həyata keçirdiyi bildirilən açıqlamada qəzaya texniki nasazlığın səbəb olduğu vurğulanıb.
Açıqlamada təyyarənin modeli barədə hər hansı məlumat verilməyib.

