Pakistanda şiddətli yağışların səbəb olduğu hadisələrdə ölənlərin sayı 37-yə çatdı



Pakistanın Xeybər Paxtunxva və Pəncab əyalətlərində şiddətli yağışlar və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 37-yə yüksəlib.

AFN.az xəbər verir ki, "Dawn" qəzetinin yaydığı məlumata görə, Xeybər Paxtunxva, Pəncab, eləcə də Gilgit-Baltistan bölgəsində musson mövsümü səbəbindən iyulun 19-dan bəri davam edən şiddətli yağışlar qəfil daşqınlara və torpaq sürüşmələrinə yol açır.

Rəsmilər qəfil daşqınlar, ildırım vurması, elektrik cərəyanı vurması kimi şiddətli yağışlarla bağlı hadisələrdə Xeybər Paxtunxvada 20 nəfərin, Pəncabda isə 17 nəfərin həyatını itirdiyini açıqlayıblar.

Bununla da ölkədə şiddətli yağışlarla bağlı baş verən hadisələrdə ölənlərin sayı 37-yə çatıb.

Diqqətçəkən başqa bir məqam odur ki, Gilgit-Baltistan ilə Pakistanın nəzarətində olan Azad Cəmmu və Kəşmir bölgəsində şiddətli yağışların törətdiyi daşqın və torpaq sürüşmələri nəticəsində tarlalardakı məhsullar və yerli sakinlərin evləri ciddi zərər görüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu