İordaniyada sutka ərzində İrana məxsus 4 raket və 6 PUA vurulub
İordaniya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri son 24 saat ərzində krallıq ərazisinə İrandan atılan 4 raket və 6 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
AFN.az xəbər verir ki, bu barədə "Petra" agentliyinə İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığındakı hərbi mənbə bildirib.
Məlumata görə, PUA-lar gecə saatlarında, raketlər isə səhər vaxtı ələ keçirilib.
Hərbi mənbə zərərsizləşdirmə əməliyyatı nəticəsində heç kimin xəsarət almadığını təsdiqləyib.
