Səhranın ən dözümlü heyvanları belə həddindən artıq istilərə təslim olur



İqlim böhranının ən şiddətli hiss olunduğu Afrikada qovurucu istilər və uzanan quraqlıq dövrü ən çətin təbiət şəraitinə dözümlülüyü ilə tanınan dəvələrin həyatını təhlükəyə atır.

AFN.az xəbər verir ki, həddindən artıq istilər heyvanların xəstələnməsinə və kütləvi şəkildə tələf olmasına gətirib çıxarır.

Dünyanın ən isti və ən quraq bölgələrindən biri olan Efiopiyanın Afar regionunda dəvələrin yandırıcı günəş altında çəkdikləri əziyyət iqlim böhranının miqyasını gözlər önünə sərir.

İllərdir dəvəçiliklə məşğul olan yerli əhali əvvəllər heç vaxt şahidi olmadıqları şiddətdə istilərlə mübarizə apardıqlarını bildirir.

Ayaqlarında qabarcıqlar yaranan, gözləri sulanan və dəriləri yanan heyvanlar aşırı istilər səbəbindən sürətlə taqətdən düşür.

Son dövrdə doğulan balaların bir-bir tələf olması vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərir.

Əvvəllər sərinlik gətirən küləklərin belə artıq isti hava daşıdığı bölgədə heyvandarlıq dayanıqsız bir həddə doğru sürəklənir.

Afrika miqyasında yaşanan bu dəyişiklik elmi tədqiqatlarla da təsdiqlənir.

Dözümlülüklərinə görə digər təsərrüfat heyvanlarının əvəzinə üstünlük verilən təkördəcli dəvələr yüksələn temperatur qarşısında bədən hərarətini tarazlamaqda çətinlik çəkirlər.

Normal şəraitdə bədən temperaturunu gün ərzində dəyişərək su itkisinin qarşısını ala bilən bu canlılar temperaturun kritik hədləri aşması ilə ağır istilik stresinə düşürlər.

Şimali və Şərqi Afrikada davam edən quraqlıqla birləşən bu vəziyyət ciddi su və yem qıtlığına yol açaraq heyvanların immunitet sistemini çökdürür.

İqlim şəraitinin ağırlaşması ilə baytarlar dəvə ölümlərində və xəstəliklərdə kəskin artım olduğunu vurğulayırlar.

Somali və Keniya kimi Şərqi Afrika ölkələrində dəvələrin demək olar ki, yarısının quraqlıqla bağlı səbəblərdən tələf olduğu bölgələr var.

Həddindən artıq istilər dəvələrin hüceyrə səviyyəsində zərər görməsinə, infeksiyalara qarşı həssaslaşmasına, süd məhsuldarlığının düşməsinə və çoxalma problemləri yaşamalarına səbəb olur.

Əlcəzair və Mərakeş kimi Şimali Afrika ölkələrində də vəziyyət fərqli deyil; yay aylarındakı istilik dalğaları birbaşa kütləvi heyvan ölümlərini tətikləyir.

Bölgedəki ekoloji tarazlığın pozulması insanları əsrlərdir yaşadıqları torpaqları tərk etməyə məcbur edir.

Efiopiyada dəvəçilər heyvanlarına yem və su tapmaq üçün ənənəvi məskunlaşma ərazilərini həmişəlik tərk edərək cənub bölgələrinə köç edirlər.

İqlim böhranının birbaşa qurbanına çevrilən dəvələr səhrada həyatda qalmağın son qalası hesab olunurdu.

Lakin hər keçən gün artan temperaturlar təbiətin ən dözümlü canlılarını belə çarəsiz qoyur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu