Cənubi Koreyada həddindən artıq istilər səbəbindən ölənlərin sayı 28-ə çatıb


Cənubi Koreyada bu il həddindən artıq istilər səbəbindən ölənlərin sayı 28-ə yüksəlib.



Cənubi Koreya Səhiyyə Nazirliyinə bağlı olan Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) məlumatlarına görə, mayın 20-dən bu yana isti vurması nəticəsində 28 nəfərin ölüb, 2 min 994 nəfər isə xəstəxanalara yerləşdirilib. Bildirilib ki, 997 min təsərrüfat heyvanı həddindən artıq istilər səbəbindən tələf olub.

Cənubi Koreyanın uzaq şərqi və Jeju adaları istisna olmaqla, həddindən artıq istilərin avqustun 29-dək ölkənin bir çox bölgəsinə təsir göstərəcəyini açıqlayan Koreya Meteorologiya İdarəsi (KMA) orta temperaturun 35 dərəcə Selsi civarında qalacağını bildirib. . Səlahiyyətlilər saat 14.00-17.00 arasında açıq havada fəaliyyətlərdən qaçınmaq çağırışını təkrarlayıblar və isti vurmalarına qarşı tədbir görülməsi ilə bağlı xəbərdarlıq ediblər.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu