Meksikada həddindən artıq istidən ölənlərin sayı 90-a yüksəlib
Meksikada ilin əvvəlindən bəri davam edən aşırı istilər nəticəsində ölənlərin sayı 90-a yüksəlib.
Yerli mediada yayılan xəbərə görə, ölkənin Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi əyalətləri başda olmaqla rekord temperatur səbəbiylə ölüm halları artır. Ölkə üzrə 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilərdən 90 nəfər ölüb.
Səhiyyə Nazirliyinin son məlumatlarına görə, təkcə mayın 29-dan iyunun 5-dək 29 nəfər dünyasını dəyişib.
Təxminən 2 min adamın günvurma səbəbiylə xəstəxanalara müraciət etdiyi paylaşıldı.
Milli Meteorologiya Xidməti (SMN) yeni isti dalğasının ölkə daxilində təsirli olacağını açıqlayıb və xroniki xəstələrə lazım olmadıqca müəyyən saatlarda çölə çıxmamağı tövsiyə edib.
Meksika Milli Muxtar Universitetindən (UNAM) verilən açıqlamada, ölkə tarixində ən yüksək temperaturun may ayının son 15 günündə müşahidə edildiyi bildirilib.
Meksikanın 14 ştatında temperaturun 40 dərəcəni keçdiyi bildirilir.