Meksikada istilər səbəbindən ulayan meymun ölümləri yayılır
Meksikada həddindən artıq istilər səbəbindən ulayan meymun ölümləri ölkənin bir çox ştatlarına yayılıb.
Meksikanın Ətraf Mühit Nazirliyi Cənubi və Mərkəzi Amerika qitəsinə mənsub olan ulayan meymunların ölümü ilə bağlı növbəti dəfə açıqlama verib.
Bildirilir ki, ölkənin Çiapas və Tabasko əyalətlərində görülən ölüm halları Campeçe və Verakruz əyalətlərində də başlayıb.
Testlər göstərib ki, meymunlar istidən ölüblər. Bildirilib ki, hazırda ölkədə hökm sürən quraqlıq, meymunların məskunlaşdığı rayonlarda su ehtiyatlarının olmaması da ölümlərdə rol oynayıb.
Yerli qurumlar tərəfindən eymunlar üçün su verilməyə başlanmaqla yanaşı, səyyar baytarlıq müəssisəsi yaradılıb.
Hazırda ölənlərin sayı ilə bağlı heç bir açıqlama verilməsə də, keçən həftə 157 ulayan meymunun öldüyü bildirildi.
Ölkənin şimalındakı zooparkda da bəzi heyvanların, o cümlədən tutuquşuların susuzluqdan tələf olduğu bildirilib.