Meksikada isti havalarda 138 meymun ölüb
Meksikanın Tabasko əyalətində Usumacinta Biomüxtəlifliyin Qorunması adlı təşkilatın açıqlamasında bölgədəki həddindən artıq isti havanın meymunlara pis təsir etdiyi bildirilib.
Açıqlamada mayın 16-dan bəri Tabaskoda 138 uluyan meymunun öldüyü, onların əsasən ağaclardan yıxılaraq tələf olduğu bildirilib.
Xilas edilən meymunlardan bəzilərinin baytar həkimə aparılaraq müalicə olunduğu qeyd edilib.
Baytar həkim Serxio Valenzuela deyib ki, günvurma meymunları susuz qoyub və onların vəziyyəti ağırdır.
Mart ayından bəri Meksikada həddindən artıq istilər səbəbindən 26 nəfər də insan dünyasını dəyişib.