Taylandda isti hava səbəbindən 61 nəfər ölüb


Taylandda 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilər səbəbindən 61 nəfər ölüb. Paytaxt Banqkok və ölkənin şimal-şərq bölgələri üçün isti hava xəbərdarlığı edilib.



Tailand Səhiyyə Nazirliyinin açıqlamasında bu ilin əvvəlindən bu yana 61 nəfərin isti vurmasından öldüyü bildirilib.

Açıqlamada havanın temperaturunun 40 dərəcəni keçdiyi paytaxt və şimal-şərq rayonları üçün istilər xəbərdarlığı edilib, yaşlı və xroniki xəstələr isti vurmağa qarşı diqqətli olmağa çağırılıb.

Ölkənin şimalındakı Lampanq bölgəsində həftə ərzində temperatur 44,2 dərəcəyə yüksələrək 2023-cü ilin milli temperatur rekorduna, 44,6 dərəcə yaxınlaşıb.

Qeyd olunur ki, El Nino hava hadisəsi ilin ən isti dövrünü yaşayan Cənub-Şərqi Asiya ölkələrində istidən ölüm riskini artırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu