Bütün xəstəliklər müalicə olunsa belə, sonsuz həyat qeyri-mümkündür



Rusiyalı alimlərin apardığı yeni tədqiqat mükəmməl bir qocalma əleyhinə dərman tapılsa belə, sonsuz həyatın Bioloji baxımdan qeyri-mümkün olduğunu ortaya qoyur.

AFN.az xəbər verir ki, hüceyrələrimizdə zamanla toplanan təsadüfi DNT mutasiyalarının insan ömrü üzərində dəf edilməsi imkansız olan əsas sərhəd yaratdığı bildirilir.

Elm aləmində uzun müddətdir müzakirə olunan "Sonsuza qədər yaşamaq mümkündürümü?" sualına cavab axtaran tədqiqatçılar qocalma ilə bağlı bütün xəstəliklər aradan qaldırılsa belə, insan bədəninin bir həddi olduğunu göstəriblər.

Rusiyadakı Skolkovo Elm və Texnologiya İnstitutu tərəfindən həyata keçirilən araşdırmada bədənimizdəki bütün bioloji köhnəlmələrin qarşısı alınsa belə, hüceyrələrdə toplanan somatik DNT mutasiyalarının zamanla orqanların fəaliyyətini dayandıracağı müəyyən edilib.

Kompüter simulyasiyalarına əsaslanan bu ssenariyə görə, bütün xəstəliklərin kökü kəsilsə belə, orta insan ömrünün ən çoxu 150-190 il arasında qala biləcəyi proqnozlaşdırılır.

Hazırlanmış riyazi modelləşdirmə qocalmanın ən böyük təyin edicisinin orqanlar səviyyəsindəki hüceyrə yenilənməsi olduğunu üzə çıxarır.

Qaraciyər və dəri kimi toxumalar özlərini bərpa edərək mutasiyaya uğramış hüceyrələri təmizləyə bildiyi halda, beyin və ürək kimi həyati vacib orqanlardakı hüceyrələr demək olar ki, heç yenilənmir.

İllər keçdikcə bu uzunömürlü hüceyrələrdə toplanan zədələnmiş DNT-lər son nəticədə orqanların işləməyəcək hala gəlməsinə səbəb olaraq insan ömrünün son sərhədini müəyyənləşdirir.

Tədqiqatı aparan mütəxəssislər əldə edilən məlumatların qəti bir proqnoz deyil, qocalma mexanizmini anlamağa yönəlmiş riyazi model olduğunu vurğulayırlar.

İnsanların günümüzdə bu nəzəri həddən çox daha az yaşaması qocalmanın yeganə səbəbinin DNT mutasiyaları olmadığını və prosesin çox daha mürəkkəb amillərlə formalaşdığını göstərir.

Bioloji proseslərin qocalmaya töhfəsini ölçməyi asanlaşdıran bu tədqiqat gələcəkdə ömrü uzatmaqdan daha çox, irəliləyən yaşlarda daha sağlam və keyfiyyətli həyat sürməyi hədəfləyən müalicələrə diqqət yetirilməli olduğunu sübut edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu