Texas ştatında 5,0 bal gücündə zəlzələ baş verdi
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) Texas ştatında 5,0 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
AFN.az xəbər verir ki, USGS-in məlumatlarına əsasən, Texasda episentri Spirmen (Spearman) şəhərindən 38 kilometr cənub-şərqdə yerləşən zəlzələ qeydə alınıb.
Gücü 5,0 bal olaraq qiymətləndirilən zəlzələnin 5,7 kilometr dərinlikdə baş verdiyi diqqətə çatdırılıb.
Hələlik zəlzələ nəticəsində hər hansı itki və ya dağıntının olması barədə açıqlama verilməyib.

