Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib
Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS), episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 43 kilometr cənub-qərbdə meydana gələn 6,3 bal gücündə zəlzələnin 37 kilometr dərinlikdə qeydə alındığını bildirib.
Zəlzələdə can və ya mal itkisi ilə bağlı açıqlama verilməyib.