Filippində 5,7 bal gücündə zəlzələ baş verib


Filippində 5,7 bal gücündə zəlzələ baş verib.



ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.

USGS-in məlumatına görə, 5,7 bal gücündə zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun (Phivolcs) Facebook səhifəsində verilən məlumatda yerli vaxtla saat 18.16-da 5,8 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

Açıqlamada 10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra afterşokların yaşandığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu