Əfqanıstanda 5,2 bal gücündə zəlzələ baş verib
Əfqanıstanın Bədəxşan əyalətində yenidən 5,2 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 17:53-də baş verən 5,2 bal gücündə zəlzələnin episentrinin Bədəhşanın Curm rayonu olduğunu açıqlayıb.
Zəlzələnin 75 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Bədəxşan vilayətində dünən axşam saatlarında 5,8, bu gün səhər isə 5,3 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər qonşu Özbəkistan, Tacikistan və Pakistanda da hiss olunsa da, Taliban administrasiyası hələ də dəymiş ziyanla bağlı açıqlama verməyib.