Kolumbiyada 5,1 bal gücündə zəlzələ baş verib


Kolumbiyanın qərbində 5,1 bal gücündə zəlzələ baş verib. Hələlik can və ya mal itkisi ilə bağlı açıqlama verilməyib.


Kolumbiyanın Geoloji Xidməti (SGC) 5,1 bal gücündə, episentri ölkənin Choco inzibati bölgəsindəki El Kanton del San Pablo olan zəlzələnin yerli vaxtla saat 09.25-də və yerin 30 kilometr dərinliyində baş verdiyini açıqlayıb.

Zəlzələ Medellin, Manizales və Çokonun paytaxtı Kibdo şəhərlərində də hiss olunub.

SGC ilk açıqlamasında yerli vaxtla saat 02.01-də yerin 154 kilometr dərinliyində 5,5 bal gücündə zəlzələnin episentrinin Santander inzibati bölgəsindəki Los Santos şəhərində olduğunu açıqlayıb.

Ölkədə 6,3 bal gücündə sonuncu zəlzələ avqustun 17-də baş verib və bu zaman panikaya düşən şəxs binanın 7-ci mərtəbəsindən özünü ataraq ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu