İndoneziyada 6 bal gücündə zəlzələ baş verib


İndoneziyanın Şimali Maluku bölgəsində 6 bal gücündə zəlzələ baş verib.


ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Ternate bölgəsindən 38 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.

Təxminən 162,5 kilometr dərinlikdə meydana gəldiyi bildirilən 6 bal gücündə zəlzələdə ilk təsbitlərə görə can və mal itkisi olmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Ötən il İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 300-dən çox insan ölüb, minlərlə insan yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu