İndoneziyanın Yava adasında 6,1 bal gücündə zəlzələ baş verib
İndoneziyanın Yava adasında 6,1 bal gücündə zəlzələ baş verib.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) açıqlamasında səhər saatlarında baş verən 6,1 bal gücündə zəlzələnin episentrinin Şərqi Yava əyalətindəki Tuban şəhərinin 132 kilometr şimalında olduğu bildirilib.
Açıqlamada 10 kilometr dərinlikdə baş verən zəlzələdə ilkin təsbitlərə görə tələfat və dağıntı olmadığı qeyd edilib.
Bu arada zəlzələdən sonra nəhəng dalğa xəbərdarlığı edilməyib.