İndoneziyanın Yava adasında 6,5 bal gücündə zəlzələ baş verib
Cənub-Şərqi Asiya ölkəsi olan İndoneziyanın Yava adasında 6,5 bal gücündə yeni zəlzələnin baş verdiyi bildirilir.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) açıqlamasında 6,5 bal gücündə baş verən zəlzələnin episentrinin Şərqi Yava əyalətindəki Tuban şəhərinin 130 kilometr şimalında olduğu bildirilib.
İlkin məlumatlara görə, yerin 10 kilometr dərinliyində baş verən zəlzələdə can və mal itkisi qeydə alınmayıb, zəlzələdən sonra nəhəng dalğa xəbərdarlığı edilməyib.
Qeyd edək ki, təxminən 4 saat əvvəl həmin bölgədə 6,1 bal gücündə zəlzələ qeydə alınıb.