Yaponiyanın sahillərində 6,8 bal gücündə zəlzələ olub
Yaponiyanın İvate prefekturası sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) bildirib ki, zəlzələnin episentri Yamada bölgəsinin 126 kilometr şərqində yerləşib.
6,8 bal gücündə olan zəlzələ təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində can və ya mal itkisi qeydə alınmayıb.

