Avstriya Hitlerin doğulduğu evi polis məntəqəsinə çevirdi



Avstriya rəhbərliyi Adolf Hitlerin doğulduğu binanın neo-Nasistlər üçün simvol və ziyarət məkanı olmasının qarşısını almaq məqsədilə həyata keçirilən yenidənqurma layihəsini tamamlayaraq obyekti polis məntəqəsi kimi istifadəyə verib.

AFN.az xəbər verir ki, Adolf Hitler 20 aprel 1889-cu ildə Avstriyanın Almaniya ilə sərhədində yerləşən Braunau-am-İnn qəsəbəsindəki kirayə mənzildə dünyaya gəlib.

Aparılan yenidənqurma işlərindən sonra bina narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ixtisaslaşmış polis bölməsinin istifadəsinə verilib.

Təxminən 20 milyon avroya başa gələn təmir işləri binanın radikal sağçılar tərəfindən simvollaşdırılmasının qarşısını almağa yönəlmiş uzun sürən ictimai müzakirələrdən sonra reallaşdırılıb.

Binadakı təmir qalıqları belə suvenir və ya simvola çevrilməsinin qarşısını almaq məqsədilə məxfi bir mekanda məhv edilib.

Açılış mərasimində çıxış edən Avstriyanın daxili işlər naziri Gerhard Karner binanın artıq demokratiyanın, qanunun aliliyinin, təhlükəsizliyin və insan ləyaqətinin simvoluna çevrildiyini bildirib.

Radikal sağçıların ziyarətlərini və simvolik aksiya cəhdlərini əngəlləmək üçün mütəxəssis komissiyasının tövsiyəsi ilə rəsmi inzibati obyektə çevrilən bina daha əvvəl əlilliyi olan şəxslər üçün qulluq mərkəzi kimi fəaliyyət göstərirdi.

2011-ci ildən bəri boş qalan binanın önündə yerləşən və Mauthauzen həbs düşərgəsindən gətirilmiş xatirə daşı isə öz yerində qalmaqda davam edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu