Yaponiyada həddindən artıq istilər üçün yeni ixtira: İnsan soyuducusu



Yaponiyada "fərdi sərinləmə kabinası" adlandırılan və istifadəçilərini 10 dəqiqə ərzində tamamilə sərinlətməyi vəd edən yeni bir məhsul satışa çıxarılıb.

AFN.az xəbər verir ki, istehsalçılar qurğunun kondisioner və ya vintilyatordan çox daha təsirli olduğunu iddia edirlər.

Hündürlüyü 2,1 metr olan və paslanmayan poladdan hazırlanan "Do Hiemon" adlı fərdi sərinləmə kabinası həddindən artıq istiyə məruz qalan şəxslərin bədən hərarətini sürətlə aşağı salmaq üçün layihələndirilib.

Kabinasının daxili temperaturu 15 dərəcəyə qədər endirildiyi halda, istifadəçinin baş, boyun, çiyin və kürək nahiyəsinə 5 dərəcə istilikdə soyuq hava üfürülür.

İstehsalçılar bu üsulun günvurma və istiliklə bağlı halsızlıq əlamətlərini standart kondisioner və ya vintilyatordan çox daha tez yüngülləşdirdiyini bildirirlər.

Qlobal miqyasda təsirini artıran istilik dalğaları və qırılan temperatur rekordları yeni sərinləmə həllərini gündəmə gətirir.

Yaponiyada termometrlərin 40 dərəcədən yuxarı göstərməsi ilə "həddindən artıq isti" günlərin başlaması bu cür texnologiyaların hazırlanmasında təsirli olub.

Təxminən 1,5 milyon yen satış qiymətinə malik olan cihazın saatlıq işləmə xərcinin kifayət qədər aşağı olduğu vurğulanır.

Fərdi istifadədən ziyadə, yüksək temperaturda çalışılan fabriklər, anbarlar və ya ictimai məkanlar kimi təcili sərinləmə ehtiyacının yarana biləcəyi yerlər cihazın prioritet istifadə sahələri arasında göstərilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu