ABŞ İranda yenidən B-1 bombardman təyyarələrindən istifadə etməyə başlayıb
ABŞ ordusunun İranda yenidən B-1 bombardman təyyarələrindən istifadə etməyə başladığı iddia olunub.
AFN.az xəbər verir ki, "Axios" nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı xəbərdə ABŞ-ın İranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid hədəfləri vurmaq üçün yenidən B-1 qırıcı təyyarələrindən istifadə etməyə başladığı bildirilir.
Bu təyyarələrin Böyük Britaniyadakı hərbi hava bazasından havalandığı və təyyarələrin izləndiyi internet saytları vasitəsilə onların İranda olduqlarının görüntüləndiyi qeyd edilib.
ABŞ fevralın 28-də İrana qarşı başladığı hücumlarda bu təyyarələrdən istifadə olunduğunu açıqlamışdı, lakin 12 gün əvvəl yenidən başlayan hücumlarda bu təyyarələrin tətbiqinə dair hər hansı məlumat paylaşılmamışdı.
