BƏƏ İrana məxsus 6 ballistik raket və 9 PUA-nı zərərsizləşdirib


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri martın 27-də İran ərazisindən atılan 6 ballistik raket və 9 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir indiyədək ümumilikdə 378 ballistik, 15 qanadlı raket və 1835 PUA vurulub.

Son məlumatlara görə, hərbi əməliyyatlar nəticəsində BƏƏ-nin iki hərbçisi və bir Mərakeş vətəndaşı (mülki mütəxəssis) həlak olub. Həmçinin, zərbələrin qurbanı olan 8 dinc sakin arasında Banqladeş, Hindistan, Nepal, Pakistan və Fələstin vətəndaşları var. 170-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu