Bəhreyn: Son 24 saat ərzində İrandan atılan 20 raket və 23 PUA məhv edilib



Bəhreyn son 24 saat ərzində İrandan atılan 20 raket və 23 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib. 

AFN.az xəbər verir ki, Bəhreyn ordusunun sosial media hesabından verilən bəyanatda fevralın 28-dən bu yana İrandan Bəhreynə atılan raket və PUA-lar haqqında məlumat paylaşılıb.

Açıqlamada son bir gündə 20 raket və 23 PUA-nın, fevralın 28-dən bəri isə ümumilikdə 174 raket və 385 PUA-nın aşkar edilərək məhv edildiyi qeyd olunub.

Qeyd edək ki, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq fevralın 28-dən bəri 7 ərəb ölkəsindəki ABŞ bazalarına və kritik nöqtələrə raket, həmçinin PUA hücumları edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu