Pakistanda musson yağışları nəticəsində 154 nəfər ölüb


Pakistanda musson yağışlarının 6 həftəlik nəticəsi açıqlanıb.



Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (NDMA) verdiyi açıqlamada iyulun 1-dən bəri musson yağışlarının yaratdığı daşqınlar nəticəsində 154 nəfərin həyatını itirdiyi bildirilib. Açıqlamada 279 nəfərin yaralandığı, 349 baş heyvanın tələf olduğu qeyd edilib.

NDMA-nın məlumatına görə, yağışlar nəticəsində Hayber Paxtunxva, Sind, Pəncab, Bəlucistan əyalətləri və Gilgit-Baltistan bölgəsi də daxil olmaqla, ölkə üzrə 1552 evə ziyan dəyib.

Paytaxt İslamabad və Ravalpindi şəhərində yollar su altında qalıb və nəqliyyatın hərəkətinə mənfi təsir göstərib. Pəncab hakimiyyəti daşqından zərər çəkənlər üçün 46 sağlamlıq mərkəzi yaradıb. Sinddə ən azı 2170 nəfər sığınacaqlara yerləşdirilib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu