Netanyahu çərşənbə axşamı ABŞ-də Trampla görüşəcək
İsrail Baş naziri Benyamin Netanyahu iyulun 28-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə bir araya gələcək.
AFN.az xəbər verir ki, İsrail Baş Nazirinin Ofisindən verilən bəyanatda Netanyahunun rəsmi səfər etmək üçün çərşənbə günortadan əvvəl Vaşinqtona yola düşəcəyi bildirilib. Respublikaçı senator Lindsi Qrehemin dəfn mərasimində də iştirak edəcək Netanyahunun səfər çərçivəsində Ağ Evdə ABŞ Prezidenti Tramp ilə görüşəcəyi qeyd olunub.
İsrail mətbuatı ABŞ Vitse-prezidenti Cey Di Vensin komandasının iki liderin bu görüşünü əngəlləməyə çalışdığını yazmışdı. Sözügedən maneə törətmək cəhdinin pərdəarxasında Netanyahunun İran məsələsində daha sərt mövqe nümayiş etdirməsi üçün Trampa təzyiq göstərməsinin qarşısını almaq məqsədinin dayandığı iddia edilmişdi.
