Vyetnamda 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkə məhdudiyyəti gündəmdədir



Vyetnamda təqdim olunan yeni qanun layihəsində 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulur.

AFN.az xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, parlamentə uşaqların sosial şəbəkə istifadəsinin məhdudlaşdırılmasına dair qanun layihəsi təqdim olunub.

Layihədə 16 yaşdan kiçik şəxslərin valideynlərinin icazəsi olmadan məzmun paylaşması, paylaşımlara rəy yazması və ya reaksiya verməsi məhdudlaşdırılır.

Hesablar Vyetnamda qeydiyyatda olan telefon nömrəsi ilə təsdiqlənəcək, valideynlər və ya qanuni qəyyumlar uşağın sosial şəbəkədəki əməllərinə görə cavabdehlik daşıyacaqlar.

Ayrıca sosial şəbəkə şirkətlərindən də zərərli məzmunları izləyərək uşaqların bunlara girişinin qarşısını almaları tələb olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu