Madrid ətrafındakı meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib
İspaniyanın Daxili İşlər naziri Fernando Qrande-Marlaska paytaxt Madrid və ətrafındakı meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan etdiklərini bəyan edib.
AFN.az xəbər verir ki, İspaniya yayım qurumu RTVE-yə istinadən İspaniya Daxili İşlər Nazirliyindən Madrid və ətrafında davam edən meşə yanğınları ilə bağlı yazılı bəyanat yayılıb.
Bəyanatda nazir Qrande-Marlaskanın meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan etdiyi bildirilib.
Digər tərəfdən, rəsmilər yanğınların yaşayış məntəqələrini təhdid etməsi və nəzarətdən çıxması ehtimalına qarşı tədbir məqsədilə təxliyə planlarını da dəyərləndirirlər.
Madrid regional rəhbərliyinin məlumatına görə, meşə yanğınlarında vəziyyət kritik səviyyədə qalmaqda davam edərkən, bölgədəki 3 böyük yanğın hələ də nəzarət altına alına bilməyib.


