Mark van Bommel Belçikanın yeni baş məşqçisi oldu
Belçika Kraliyyət Futbol Federasiyası baş məşqçi Mark van Bommel ilə 2 illik müqavilə imzalayıb.
AFN.az xəbər verir ki, Belçika kişi milli futbol komandasında müqaviləsi başa çatan baş məşqçi Rudi Qarsiyanın əvəzinə gələn adı açıqlayıb. Belçika Kraliyyət Futbol Federasiyası Qarsiyadan sonra niderlandlı mütəxəssis Mark van Bommel ilə anlaşıb. Federasiyanın rəsmi internet saytından mövzu ilə bağlı verilən bəyanatda van Bommel ilə 2028-ci ilə qədər müqavilə bağlandığı bildirilib.
49 yaşlı məşqçi karyerasında PSV Eyndhoven və Volfsburqu çalışdırarkən son olaraq "Royal Antverpen"də vəzifə icra edib. Mark van Bommel "Antverpen" ilə Belçika Liqasında çempionluq yaşayarkən, Belçika Kubokunu və Belçika Superkubokunu qazanıb.
Qeyd edək ki, 2026-cı il FİFA Dünya Çempionatının G qrupuna Misir və İran bərabərlikləri ilə başlayan Belçika, Yeni Zelandiyaya qalib gələrək lider kimi növbəti mərhələyə yüksəlmişdi. 1/16 final mərhələsində Seneqalı, 1/8 finalda isə ev sahibi ABŞ-ni mübarizədən kənarlaşdırmağı bacaran Belçika, dörddəbir finalda İspaniyaya uduzaraq turnirlə vidalaşmışdı.
