FİFA Misir millisindən formasını dəyişməyi tələb edib



Beynəlxalq Futbol Federasiyası (FİFA) Misir yığmasından 2026-cı il dünya çempionatının başlamasından əvvəl oyun formasını dəyişməyi tələb edib.

AFN.az xəbər verir ki, bu barədə "Daily Sports" nəşri məlumat yayıb.

Təşkilat loqonun üzərindəki yeddi ulduzun yığışdırılmasını, həmçinin oyunçuların adları və nömrələrindəki qızılı rəngin əvəzlənməsini istəyib.

Problem onunla bağlıdır ki, Misir komandasının formasındakı ulduzlar Afrika Millətlər Kubokunda qazanılmış rekord sayda yeddi titulu simvolizə edir.

FİFA-nın qaydalarına əsasən, oyun formasında ulduzlara yalnız dünya çempionatlarında qazanılan qələbələrə görə icazə verilir, Misir isə indiyə qədər mundialın qalibi olmayıb.

Misir millisi turnirə 15 iyun 2026-cı il tarixində Belçika yığmasına qarşı keçiriləcək oyunla başlayacaq.

Qrup mərhələsində komanda həmçinin Yeni Zelandiya (22 iyun) və İranla (27 iyun) qarşılaşacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu