FİFA siyasi hesab etdi: Haiti forma dizaynını dəyişdi



2026-cı il FİFA Dünya Çempionatında C qrupunda mübarizə aparacaq Haiti yığması formasındakı təsvirin FİFA tərəfindən siyasi hesab edilməsi səbəbindən dizaynı dəyişdirib.

AFN.az xəbər verir ki, turnirə 1974-cü ildən sonra ikinci dəfə qatılmaq hüququ qazanan Haiti formasının ilk dizaynında 18 noyabr 1803-cü ildə Fransa ordusuna qarşı qazanılan Vertiyer döyüşü və Haiti inqilabından ilhamlanan təsvirə yer vermişdi.

Haiti Futbol Federasiyası FİFA-nın "ölkə bayrağını dirəyə qaldıran müstəqillik tərəfdarları" təsvirini siyasi hesab etməsi və dəyişdirilməsini tələb etməsindən sonra formanın dizaynında düzəliş edib.

Qeyd edək ki, Haiti fevral ayında keçirilən Qış Olimpiya Oyunlarından əvvəl də xizək geyimlərindəki oxşar bir təsvirə görə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) tələbi ilə dəyişiklik etmək məcburiyyətində qalmışdı.

Dünya çempionatları tarixində hələ xalı olmayan Haiti iyunun 14-ü bazar günü Bakı vaxtı ilə saat 05.00-da Şotlandiya yığması ilə qarşılaşacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu