Şimpanzelər davadan qaçmaq və gərginliyi azaltmaq üçün bir-birini qucaqlayırlar



İngiltərənin Darem Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırma şimpanze və bonoboların stresi azaltmaq və ehtimal olunan münaqişələrin qarşısını almaq məqsədilə bir-birlərinə fiziki yaxınlıq göstərdiyini üzə çıxarıb.

AFN.az xəbər verir ki, "Proceedings of the Royal Society B: Biological Sciences" jurnalında dərc olunan araşdırmaya əsasən, şimpanzelər və bonobolar qucaqlaşmaq, öpmək, tumarlamaq və yüngülcə dişləmək kimi davranışlardan sosial dözümlülüyü artırmaq üçün istifadə edirlər.

Konqo Demokratik Respublikası və Zambiyadakı qoruq ərazilərində yaşayan beş fərqli bonobo və şimpanze qrupu üzərində aparılan tədqiqatda primatlara müəyyən fasilələrlə fındıq-fıstıq verilərək yemək vaxtları təşkil edilib.

Tədqiqatçılar yemək saatından əvvəlki 5 dəqiqə ərzində heyvanlar arasındakı qarşılıqlı əlaqələri araşdırıblar.

Araşdırmada yeməkdən əvvəl bir-biri ilə daha çox fiziki təmasda olan fərdlərin qidanı bölüşdükləri yemək anında daha az münaqişə yaşadığı və yan-yana daha uzun müddət dinc şəraitdə vaxt keçirə bildiyi müəyyən olunub.

Tədqiqatın baş müəllifi, psixoloq Ceyk Bruker böyük insanabənzər meymunların həyatlarında intensiv streslə qarşılaşdıqlarını bildirərək, "Qida rəqabəti kimi hallarda qrup daxilində ciddi gərginlik yaşana bilir. Yeməkdən əvvəl bu təmasları en çox quran fərdlərin daha sonra qidanı daha dincliklə bölüşə bildiklərini gördük" dəyərləndirməsini edib.

Təcavüzkar xüsusiyyətləri ilə tanınan şimpanzelərin bonobolarla müqayisədə daha geniş qrupda fiziki təmasda olduğu və bir-birlərinin ağzına barmaq qoymaq və ya yüngülcə dişləmək kimi riskli etibar nümayişlərinə daha tez-tez əlatdıqları müəyyən edilib.

Bonobolarda dişilər arasındakı bağlar ön planda olduğu halda, şimpanzelərdə xüsusilə erkək fərdlərin bir-biri ilə daha çox təmas qurduğu müşahidə olunub.

Toronto Universitetinin primatoloqu Culi Tayxroeb hər iki növün qrupdaxili dözümlülüyü artırmaq üçün eyni mexanizmdən istifadə etməsinin ortaq əcdadların da münaqişələri azaltmaq üçün bənzər üsullara əl atması ehtimalını gücləndirdiyini ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu