Banqladeş prezidenti istefa verdi
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin səhhətində yaranan problemləri əsas gətirərək vəzifəsindən istefa verdiyini bəyan edib.
AFN.az xəbər verir ki, Şahabuddin "Daily Star" nəşrinə açıqlamasında hazırda müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkdiyini və bundan başqa deyiləsi bir sözünün olmadığını bildirib.
Bəzi mənbələr isə prezident administrasiyası rəsmilərinin Şahabuddinin istefa ərizəsini artıq parlamentə təqdim etdiklərini xəbər verir.
Şahabuddinin istefasının may ayında London səfəri zamanı daha əvvəl ölkədən qaçmış keçmiş Baş nazir Şeyx Hasina Vahid ilə telefonla danışması barədə yayılan iddialardan sonraya təsadüf etməsi diqqət çəkib.
Qeyd edək ki, keçmiş hakim olan Şahabuddin 2023-cü ilin aprelində and içərək ölkə prezidenti kimi fəaliyyətə başlamışdı.


