Estoniyanın baş naziri vəzifəsindən istefa verib


Avropa İttifaqı (Aİ) liderləri tərəfindən Aİ-nin ali nümayəndəsi vəzifəsinə tövsiyə edilən Estoniyanın baş naziri Kaja Kallas baş nazir vəzifəsindən istefa verib.



Kallas sosial media hesabından verdiyi açıqlamada baş nazirlikdən istefa verdiyini açıqlayıb.

Milli mətbuatda yer alan xəbərə görə, Kallas paytaxt Tallinndə Prezident sarayında keçirdiyi qısa toplantıda istefa ərizəsini prezident Alar Karisə təqdim edib.

Kallasın adı Aİ-nin 27-28 iyun tarixlərində keçirilən sammitində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə liderlər tərəfindən təklif edilib.

İyulun 18-də Avropa Parlamentində (AP) Aİ Komissiyasının sədrliyi üçün keçirilən səsvermədən sonra Ursula fon der Leyen etimad səsi alarsa, Kallas da AP-nin müvafiq komitəsində səsə qoyulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu