Pakistanın baş naziri Şahbaz Şərif partiya sədri vəzifəsindən istefa verib


Pakistanın baş naziri Şahbaz Şərif Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının (PML-N) sədri vəzifəsindən istefa verib.



Pakistanın İnformasiya və Yayım naziri Marriyum Aurangzeb X sosial media platformasında baş nazir Şərifin istefası ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, Şahbaz Şərif böyük qardaşı və keçmiş baş nazir Nəvaz Şərifin partiya rəhbərliyinə keçməsi üçün tutduğu vəzifədən istefa verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu