Küveyt və Bəhreyndə İran hücumları səbəbindən həyəcan vəziyyəti
Küveytdə İranın ballistik raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına qarşı hava hücumundan müdafiə sistemləri yenidən işə düşüb, Bəhreyndə isə sirenalar çalınmağa davam edib.
AFN.az xəbər verir ki, Küveyt ordusunun "X" hesabından verilən açıqlamada İranın ölkəni yenidən hədəf aldığı bildirilib.
İranın Küveytə yönəlmiş yeni raket və PUA hücumlarına hava hücumundan müdafiə sistemləri ilə müdaxilə edildiyi bildirilən açıqlamada ölkədə eşidilə bilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərindən qaynaqlana biləcəyi ifadə edilib.
Açıqlamada əhalidən müvafiq qurumlar tərəfindən yayımlanan təhlükəsizlik təlimatlarına əməl etmələri xahiş olunub.
Küveyt Baş Qərargahından verilən bəyanatda isə ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raket və PUA-larla təşkil edilən hücumların qarşısını aldığı vurğulanıb. Açıqlamada ölkədə partlayış səsləri eşidilərsə, bunların hava hücumundan müdafiə sistemlərinin düşmən hücumlarını dəf etməsindən qaynaqlandığı qeyd edilib və vətəndaşlardan səlahiyyətli orqanların göstərişlərinə tabe olmaları istənilib.
Küveyt ordusu gecə saatlarından bəri İranın ölkəyə qarşı 6 dəfə təşkil etdiyi raket və PUA hücumlarına hava hücumundan müdafiə sistemləri ilə qarşılıq verildiyini bəyan edib.
Digər tərəfdən, Bəhreyn Daxili İşlər Nazirliyi hücumlar səbəbindən ölkədə sirenaların çalınması ilə bağlı üçüncü xəbərdarlığını edib. Nazirliyin açıqlamasında Bəhreyndə sirenaların səsləndiyi bildirilərək, vətəndaşlara sakitliyi qorumaq və ən yaxın təhlükəsiz bölgəyə keçmək çağırışı edilib.
Küveyt və Bəhreyn başda olmaqla Körfəzdəki bəzi ərəb ölkələri günlərdir hava hücumundan müdafiə sistemlərinin İran mənşəli hava hücumlarının qarşısını aldığına dair bəyanatlar yayır.
